Xəbər lenti

Avstraliyanın ən zəngin qadını portretinin sərgidən çıxarılmasını istəyir
Sənət 23:42 17.05.2024

Avstraliyanın ən zəngin qadını portretinin sərgidən çıxarılmasını istəyir

Avstraliyanın ən zəngin qadını Gina Rinehart yerli rəssam Vinsent Namatjiranın Milli Qalereyadakı sərgisindən onun portretini çıxarmağı tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Rəngli Avstraliya" sərgisi çərçivəsində Namatjira onu heyran edən 21 ən nüfuzlu və varlı insanın portretlərini təqdim edib. Sərgidə Rinehartdan başqa mərhum Kraliça II Elizabetin, musiqiçi Cimi Hendrixin, naviqator Ceyms Kukun, o cümlədən Namatjiranın özünün təsvir olunduğu rəsmlər də var. Rəssamın özü ümid etdiyini bildirib ki, Rinehart onun rəsminə başqa cür baxıb, fikrini dəyişə biləcək.
 


"Mən dünyanı gördüyüm kimi rəngləyirəm. İnsanlar mənim rəsmlərimi mütləq bəyənmirlər, amma ümid edirəm ki, vaxt tapıb baxıb fikirləşirlər: "Bu aborigen oğlan niyə belə güclü insanları çəkib? Nə deməyə çalışır?", deyə rəssam bildirib.

Avstraliya mediası bildirib ki, Rinehart rəsmin götürülməsini tələb etmək üçün Milli Qalereyanın direktoruna və sədrinə müraciət edib.

"Milli Qalereya Cekson Polloksun Mavi Qütblərini əldə etdiyi 1973-cü ildən bəri milli kolleksiyada və yaxud Qalereyada nümayiş etdirilən əsərlərin bədii məziyyətləri ilə bağlı dinamik müzakirələr gedir. Biz insanları sənəti kəşf etməyə, təcrübə etməyə və öyrənməyə ruhlandırmaq üçün Avstraliya ictimaiyyətinə sənət əsərləri təqdim edirik", düyə Milli Qalereyadan CNN-ə bildirilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->