UEFA Avropa Liqasında finalçılar bu gün müəyyənləşəcək.
Qaynarinfo xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
"Frayburq" Almaniyada Portuqaliyanın "Braqa" komandasını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb - 2:1.
Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcəklər. İlk matçda "Nottingem Forest"ə 0:1 hesabı ilə uduzan "Aston Villa" doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
UEFA Konfrans Liqasında da yarımfinal mərhələsinə bu gün yekun vurulacaq. "Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edəcək. Premyer Liqa təmsilçisi ilk matçda inamlı qalibiyyətə nail olub - 3:1.
Digər qarşılaşmada "Strasburq" Fransada İspaniya təmsilçisi "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirəcək. İspanlar ilk oyunda minimalhesablı qələbə qazanıb - 1:0. Hər iki görüş saat 23:00-da start götürəcək.
Xatırladaq ki, Avropa Liqasının finalı mayın 20-də İstanbulda, Konfrans Liqasının finalı isə ayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.
Şərhlər