Xəbər lenti

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı - Səbəb açıqlandı
Siyasət 15:31 14.10.2025

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı - Səbəb açıqlandı

ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi bilinib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Qaynarinfo-ya bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bölgəyə səfəri Azərbaycan Respublikasından başlamalı idi.

"Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır", deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, ATƏT sədri bu gün Ermənistana səfər edərək xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. O, Gürcüstana da səfər edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->