Xəbər lenti

Asim Mollazadə: “Xankəndinə yol Ağdamdan keçir”
Siyasət 14:30 30.08.2023

Asim Mollazadə: “Xankəndinə yol Ağdamdan keçir”

Xəbər verdiyimiz kimi, avqustun 29-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. 

İlham Əliyev Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. 

Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. 

Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib. 

Bu arada o da bəlli olub ki,  Fransadan Dağlıq Qarabağa humanitar yük aparan 10 maşınından ibarət karvan İrəvandan Sünik rayonunun Kornidzor istiqamətində hərəkət edib. Ondan bir müddət əvvəl Fransa Erməni Təşkilatları İttifaqının (CCAF) xahişi ilə Paris meri Fransanın regional icmalarını Qarabağa "humanitar karvan” təşkil etməyə çağırmaq təşəbbüsü ilə çıxış edib. 

Göründüyü kimi, Qarabağda yaşayan ermənilərə Fransa da yük göndərir. Onların bu yük karvanını  buraxmalıyıq, ya yox? Buraxılacaqsa, onlar Laçın  dəhlizilə, yoxsa. Ağdam yolu vasitəsilə buraxılacaq? 
 
Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, istər Fransa, istərsə digər ölkələr yalnız Ağdam yolundan istifadə edəcəkləri təqdirdə Xankəndiyə yük karvanları göndərə bilərlər: 

"Fransa beynəlxalq hüquq normalarına riayət etməli, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini tanımalıdır. Paris Qarabağda yaşayan ermənilərə  humanitar yardım göndərmək istəyirsə, Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə etməlidir. Əks halda, Parisin Bakıdan nəsə tələb etməyə və uydurma blokadadan siyasi oyunlarda istifadə etməyə hansısa bir haqqı yoxdur. Aydındır ki, burada siyasi oyun gedir. Fransanın bu prosesdə fəal iştirakı isə əslində siyasi koorupsiya ilə bağlıdır. Fransa siyasiləri zəngin erməni diasporunun maliyyəsindən istifadə edərək, koorupsiya prosesində fəal iştirak etməklə, sülh prosesinin pozulmasına nail olmağa çalışırlar”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->