Xəbər lenti

Asim Mollazadə:
Siyasət 16:15 09.08.2023

Asim Mollazadə: "Proses yekunlaşandan sonra təkrar müraciət olunacaq"

Ədliyyə Nazirliyi Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) da reyestrlə bağlı müraciətini geri qaytarıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri, deputat Asim Mollazadə məlumat verib. 

Deputat nazirliyə təqdim olunan siyahıda müəyyən problemlərin olduğunu vurğulayıb:

"Ad, soyad, telefon nömrələrində üst-üstə düşməyən hallar var. Hazırda texniki problemlərin aradan qaldırılması üzərində işlər aparılır”.

Asim Mollazadə əlavə olaraq bildirib ki, proses yekunlaşandan sonra təkrar reyestrə müraciət olunacaq.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->