Xəbər lenti

Video 10:08 18.11.2022

"Arsenal"ın istədiyi "sarı fırtına" Azərbaycanın hədəfində (VİDEO)

Türkiyənin "Çanakkale Atletik" klubunda oğlanlarla birlikdə oynayan 10 yaşlı Röya Su Altınöz Avropanın böyük klublarının maraq dairəsinə düşüb.

Qaynarinfo "Hürriyət"ə istinadən xəbər verir ki, Azərbaycan millisinin heyətinə qatmaq istədiyi 10 yaşlı futbolçuya London "Arsenal"ı da təklif göndərib.

Ulduz futbolçu Erlinq Holanda bənzədilən Röyanın atasın Cem Altınöz də Azərbaycandan təklif aldıqlarını təsdiq edib: "Arsenal"dan təklif almışıq, amma hələ qəbul etməmişik. Çünki Röya hələ çox kiçikdir. Bundan başqa İtaliya da daxil olmaqla 4 ölkədən olan klublarla menecerimiz danışıqlar aparır. Ən böyük maraq isə Azərbaycan milli komandasındandır. Vətəndaşlıq verib, aşağı yaş qrupları üzrə yığmalara qatmaq istəyirlər".

"Sarı fırtına" ləqəbli Röya Su Altınözün 1.60 m boyu var və 41 nömrə ayaqqabı geyinir. O, Kiştiano Ronaldonu özünə kumir seçib: "Məşqlərdə Ronaldo forması geyinəndə özümü daha güclü hiss edirəm. Məncə, ən yaxşı futbolçular Ronaldo, Messi, Neymar, Holand və Levendovskidir".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->