Əfqanıstanda hökumət Talibanın əlinə keçdikdən sonra Almaniya ilk dəfə Əfqanıstan vətəndaşlarını deportasiya edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel" nəşri
yazır.
Əvvəlcə kütləvi informasiya vasitələri öz mənbələrindən öyrənib ki, deportasiya çarter reysi - Qətərdən gələn təyyarə avqustun 30-da səhər Leypsiqdən Kabilə yola düşüb. Təyyarədə Almaniyanın hər yerindən deportasiya edilmiş 28 nəfər olub.
Əməliyyatı Almaniya Daxili İşlər Nazirliyi təşkil edib, hazırlıq iki aya yaxın sürüb. Eyni mənbələr deportasiya edilənlərin hər birinə 1000 avro verildiyini bildirir.
Daha sonra uçuşla bağlı məlumat rəsmən təsdiqlənib.
"Bu səhər Almaniya 2021-ci ilin avqustundan bəri ilk dəfə olaraq Əfqanıstan vətəndaşlarını öz ölkələrinə qaytardı. Bunlar Əfqanıstan vətəndaşlarıdır, hamısı Almaniyada qalmaq hüququ olmayan və deportasiya qərarı olan məhkum cinayətkarlardır", deyə hökumət sözçüsü Steffen Gebestreit bildirib.
O qeyd edib ki, Almaniya "əsas regional tərəfdaşlardan” kömək istəyib.
Jurnalistlərin fikrincə, Berlin Kabillə birbaşa danışıqlar aparmayıb - vasitəçilik yolu ilə onlar hökumətin Talibanla əlaqə saxladığı Qətərə üz tutublar.
Bu yaxınlarda daxili işlər naziri Nensi Feather açıq şəkildə bəyan edib ki, cinayətkarların və terrorçu olmaq istəyənlərin Suriya və Əfqanıstan kimi təhlükəli hesab edilən ölkələrə deportasiyası "çox yaxında” başlayacaq.
Xatırladaq ki, bu həftə Solingendəki terror aktı ilə bağlı hay-küyün fonunda Almaniya hökuməti miqrasiya və sığınacaqla bağlı tədbirlər paketini razılaşdırıb.
Müxalif XDİ-nin lideri Fridrix Merz Suriya və Əfqanıstandan insanların ölkəyə girişinə ümumi qadağa qoyulmasına çağırıb. SPD-nin baş katibi Kevin Kühnert və ədliyyə naziri Marko Buşman konstitusiyaya istinad edərək bu təklifi rədd ediblər.
Alpər
Şərhlər