Xəbər lenti

Alimlər Ayda elə bir şey aşkar etdi ki... - Bu, bütün bilikləri şübhə altına alır (VİDEO)
Dünya 16:39 17.11.2025

Alimlər Ayda elə bir şey aşkar etdi ki... - Bu, bütün bilikləri şübhə altına alır (VİDEO)

Ay torpağı nümunələrində Çin missiyası "Change-6” tərəfindən gətirilmiş dəmir oksidi dənəcikləri tapılıb. Bu cür tapıntı Ayın səthi və onun maqnit xüsusiyyətləri ilə bağlı təsəvvürləri dəyişib. Bu barədə alimlər yeni araşdırmada məlumat veriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent” yazır.

Buna qədər hesab olunurdu ki, Ayda elementlərin oksidləşməsi üçün əlverişli şərait yoxdur və dəmir oksidləri orada demək olar ki, olmadığı üçün Ayda dəmir əsasən oksigensiz, yəni bərpa olunmuş formada mövcuddur.

Eyni zamanda, son araşdırma missiyaları Ayın yüksək enlik bölgələrində tərkibində dəmir oksidi olan maqnit mineralı – hematitin geniş yayılmış olduğunu göstərmişdi.

"Lakin Ay torpağı nümunələrində, o cümlədən NASA-nın "Apollon” missiyaları zamanı toplanan nümunələrdə tapılan bu minerallar Ay səthində qeyri-sabit birləşmələr hesab olunurdu. Əvvəlki "Çanqe-5” missiyası zamanı əldə edilən nümunələrdə meteorit təsirinin yaratdığı intensiv istilik və təzyiq nəticəsində Ay torpağında əmələ gəlmiş şüşədə oksidləşmiş dəmir formalarının izləri aşkar edilmişdi”, – deyə nəşrdə qeyd olunur.

Bu nəticələr göstərirdi ki, Ayda metalların lokal oksidləşməsi əsasən xarici meteoritlərin təsiri zamanı baş verib.

"Lakin Ayda hematit kimi güclü oksidləşdirici mineralların mövcudluğuna dair qəti sübutlar qeyri-müəyyən olaraq qalırdı. İndi isə ötən ilin iyununda Çin missiyası "Çanqe-6” tərəfindən Yerə gətirilmiş Ay torpağı nümunələrində hematitin xırda dənələri tapılıb ki, bu da Ayda ilk belə kəşfdir”, – deyə məqalədə əlavə olunur.
Yeni araşdırmaya görə, bu minerallar meteorit zərbələrinin yaratdığı yüksək istilik və təzyiq nəticəsində bir-birinə yapışmış xüsusi Ay süxurlarının dənələrində aşkar edilib.

"Bu kəşf Ay səthində Fe₂O₃-un mövcudluğunu təsdiqləyən etibarlı sübutlar təqdim edir və Ayın səthi haqqında ənənəvi təsəvvürləri şübhə altına alır”, – alimlər araşdırmada bildirirlər.

Hazırda tədqiqatçılar hesab edirlər ki, bu minerallar Ayın cənub qütbündəki Aitken hövzəsində və Ayın arxa tərəfindəki Apollo kraterində daha əvvəl qeydə alınmış zərbələrə bənzər genişmiqyaslı meteorit toqquşmaları zamanı əmələ gəlib.

Alimlərin fikrincə, belə meteorit zərbələri zamanı Ayda oksigenlə zəngin minerallar – məsələn, troilit və digər sulfidlər – ətraf mühitə oksigen buraxıb. Həmin oksigen isə dəmir mineralları ilə reaksiyaya girərək onların "paslanmasına” səbəb olub.

Alimlər əlavə edirlər ki, bu nəticələr Ay səthində hələ də zəif öyrənilmiş qəribə maqnit anomaliyalarının, xüsusilə SPA hövzəsinin şimal-qərb hissəsindəki pozuntuların mənşəyini izah etməyə kömək edə bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->