Xəbər lenti

Alimentin miqdarı necə təyin olunur?
Ölkə 16:15 17.08.2024

Alimentin miqdarı necə təyin olunur?

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10430 boşanma halı qeydə alınıb.

Boşanmaların artması əsas müzakirə olunan mövzulardan biridir. İnsanlar səbəbin müxtəlif olduğunu düşünsələr də, bəzi mütəxəssislərin fikrincə boşanmaların artmasının əsas səbəbi aliment hərisliyidir.

Bəs, aliment nədir?

Qaynarinfo xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən vəkil Esmira Rzayevanın sözlərinə görə Azərbaycan Respublikasının Konstitusiyasında, Qanunvericiliyində və Ailə Məcəlləsində də nəzərdə tutulub ki, aliment uşaqların saxlanılması üçün nəzərdə tutulan ödənişli öhdəçilik və yaxud ərin arvadına, övladlarına qarşı öhdəliyidir.

"Aliment ödəyəcək şəxsin rəsmi iş yeri və yaxud rəsmi gəliri varsa, 1 uşaq üçün maaşının və əlavə gəlirlərinin 1/4 hissəsini, 2 uşaq üçün 1/3 hissəsini, 3 və ya daha çox uşaq üçün gəlirlərinin və maaşının 50%-ni ödəyə bilər.

"Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanunda uşağın yaşaması üçün minimum aliment 235 manat nəzərdə tutulub”.

Valideyn işsizdirsə, aliment necə təyin edilir?

Vəkil qeyd edib ki, əgər aliment ödəyəcək şəxs işsizdirsə və ya onun gəliri sabit deyilsə, o zaman Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, sabit pul məbləği dəyərində aliment tutulacaq, bu da yaşayış minimumu və yaxud tərəflərin razılaşması ilə nəzərdə tutulan məbləğ ola bilər. O, qeyd edib ki, valideyn alimenti ödəmirsə, həmin şəxsə qarşı məhkəmə tədbirləri həyata keçirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->