Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "PTV News” yazıb.
Parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i Şahbaz Şərifin lehinə səs verib.
Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi - Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.
Şərhlər