Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Qaynarinfo xəbər verir ki, Məhəmməd Şahbaz Şərif dövlətimizin başçısını, dost və qardaş Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti, öz növbəsində, bayram münasibətilə dost və qardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıq arzularını çatdırıb.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərimizin daha da yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.
Pakistanın Baş naziri COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib və Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.
Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.
Şərhlər