Xəbər lenti

Agentliklə Hökümət Evi arasında 490 min manatlıq icarə müqaviləsi
Ekonomiks 18:53 15.04.2026

Agentliklə Hökümət Evi arasında 490 min manatlıq icarə müqaviləsi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "İnzibati Binaların İstismarı Mərkəzi" MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Hökumət Evinin inzibati binasının icarəsi nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 490 302,77 manatdır. 

"İnzibati Binaların İstismarı" MMC Hökümət Evi Binasının İstismarı İdarəsinin bazasında yaradılıb. 2007-ci ildə qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 100 manat, rəhbəri isə Məmmədov Elçin Kərəm oğludur. 

Seyid
--> -->