Xəbər lenti

Ağ Evdə Tramp-Ərdoğan görüşü: Bu, Cənubi Qafqaz, Qəzza... (ŞƏRH)
Dünya 13:25 20.09.2025

Ağ Evdə Tramp-Ərdoğan görüşü: Bu, Cənubi Qafqaz, Qəzza... (ŞƏRH)

"ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə baş tutacaq görüşü bütövlükdə regionda geosiyasi vəziyyətin aydınlaşdırılmasına gətirib çıxara bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli sentyabrın 25-də Ağ Evdə ABŞ və Türkiyə liderləri arasında keçiriləcək görüşü şərh edərkən deyib. 

"Bu görüş ikili əhəmiyyətə malikdir. Həm regional siyasətdə Türkiyənin yeri və rolunun artırılması ilə əlaqədardır. Həm də bu görüş hər bir tərəfin öz istəyini əldə etmək cəhdidir", deyə ekspert bildirib.
 


Hömsöhbətimiz hesab edir ki, bu görüş nəticəsində Cənubi Qafqazdakı bir çox problemlərin həlli üçün də şərait yaranacaq:

"Xüsusən də Zəngəzur dəhlizinin işə düşməsi, habelə Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılması istiqamətində güman ki, müəyyən razılıqlar əldə olunacaq. Eyni zamanda, Yaxın Şərq, Qəzza məsələsinin müzakirəsini də gözləyirəm. Düşünürəm ki, həmin məsələnin müzakirəsilə Qəzza probleminin danışıqlar yolu ilə həlli üçün də müəyyən şəraitlər yaranacaq".

Qulamhüseyn Əlibəyli düşünür ki, Tramp həmçinin Türkiyə iqtisadiyyatından yararlanmaq üçün müəyyən təkliflər irəli sürəcək:

"Çünki o, daha çox iqtisadi maraqlara üstünlük verir. Türkiyə də ola bilsin bu vaxta ona verilməyən döyüş təyyarələrinin alınması ilə bağlı məsələni gündəmə gətirsin. Görüş hər halda hər iki tərəf və regionumuz üçün faydalı olacaq".

Qeyd edək ki, sentyabrın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri gözlənilir. Bu barədə özünün sosial şəbəkə hesabında yazan ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də Ağ Evdə Türkiyə liderini qəbul edəcəyindən məmnun olduğunu bəyan edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->