Xəbər lenti

Adel Las-Veqasda verdiyi konsertdən sonra huşunu itirib
Sənət 11:40 28.08.2023

Adel Las-Veqasda verdiyi konsertdən sonra huşunu itirib

Britaniyalı müğənni Adel Las-Veqasda çıxışı zamanı yıxılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun” məlumat yayıb.

Adelin dediyinə görə, səhnə arxasında huşunu itirdikdən sonra təhlükəsizlik əməkdaşı onu yerdən qaldırmalı olub. "Huşsuz bədənimi yerdən qaldırdılar. İndi oturub siyatikə ara verəcəyəm", deyə 35 yaşlı müğənni bildirib.

Əvvəlki konsertlərinin birində Adel bel ağrılarından da şikayətlənmişdi: "Son vaxtlar yerimək mənim üçün çətindir, çünki çox güclü siyatikam var".

Avqustun ortalarında Adel pərəstişkarlarına qəhvə içməyi dayandırmaq qərarına gəldiyini və gözlənilməz sağlamlıq problemləri ilə üzləşdiyini demişdi. Müğənni aydınlaşdırıb ki, kofeindən imtina onun miqren və bədən titrəməsi də daxil olmaqla, şiddətli çəkilmə simptomlarına səbəb olub: "Bu həftə qəhvədən imtina etmək qərarına gəldim və bütün həftə miqren keçirdim. Qəhvədən imtina etdiyim üçün iki gün başım ağrıdı. Dəhşətli idi".

Adel kofeindən imtinanı siqareti tərgitməklə müqayisə edib: "Siqaretdən imtina etməkdən daha çətin idi, içməyi dayandırmaq istədiyinizdən daha çətin olur".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->