"Azərbaycan Beynəlxalq Bankı” (ABB) bu ilin 9 ayını 235 milyon 84 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,2 % və ya 15 milyon 781 min manat azdır.
Bu ilin hesabat dövründə ABB-nin faiz gəlirləri 668 milyon 70 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 % və ya 92 milyon 478 min manat çoxdur. Bankın qeyri-faiz gəlirlərinin həcmi 228 milyon 185 min manat təşkil edib ki, bu da 2023-cü ilin 9 ayı ilə müqayisədə 38,7 % və ya 63 milyon 684 min manat çoxdur.
ABB-nin faiz xərclərinin həcmi 165 milyon 627 min manat təşkil edib ki, bu da 2023-cü ilin 9 ayı ilə müqayisədə 72 % və ya 69 milyon 670 min manat çoxdur. Bu ilin hesabat dövründə bankın qeyri-faiz xərclərinin həcmi 352 milyon 646 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,1 % və ya 97 milyon 357 min manat çoxdur.
ABB-nin aktivlərinin həcmi bu ilin 9 ayında 13 milyard 436 milyon 626 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 1,6 % və ya 231 milyon manat 615 min manat azdır.
Bu ilin hesabat dövründə bankın öhdəliklərinin həcmi 2,5 % azalaraq 11 milyard 549 milyon 831 min manata enib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23 %-i "Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Şərhlər