Xəbər lenti

ABB-nin digər banklar və maliyyə institutlarındakı depozitləri 1 milyard manatdan çox azalıb
Ekonomiks 17:07 18.01.2024

ABB-nin digər banklar və maliyyə institutlarındakı depozitləri 1 milyard manatdan çox azalıb

"Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) 2023-cü ildə banklar və digər maliyyə institutlarındakı depozitlərin məbləği 1 milyard 845 milyon 788 min manat olub.  

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərinin məbləği 2023-cü ildə 2022-cü illə müqayisədə 1 milyard 394 milyon 081 min manat, yaxud da 43% azalıb.

ABB-nin 2022-ci ildə banklar və digər maliyyə institutlarındakı depozitlərin məbləği 3 milyard 239 milyon 869 min manat olub.  

Bununla yanaşı, ABB-nin ticarət və investisiya qiymətli kağızlara yatırdığı investisiyaların məbləği 2023-cü ildə 2 milyard 284 milyon 852 min olub. Bu, 2022-ci illə müqayisədə 755 milyon 364 min manat, yaxud da 24,8% azdır. 

Qeyd edək ki, ABB-nin 2022-ci ildə ticarət və investisiya qiymətli kağızlara yatırdığı investisiyaların məbləği 3 milyard 040 milyon 216 min manat olub.  

Xatırladaq ki, dövlət bankının aktivləri ötən il 370,6 milyon manat azalaraq 13,668 mlrd. manata enib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->