Azərbaycan Ordusunun zabiti dünyasını dəyişib.
	
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
	
Bildirilib ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 07 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində şəhadətə çatıb. 
 
	
Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu bu gün Salyanda dəfn ediləcək.
	
Allah rəhmət etsin!
	
Mənbə: baku.ws
                        
                        
             
            
Şərhlər