Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının əsas raunduna vəsiqə qazanıb. Ötən axşam pley-off mərhələsinin cavab matçına çıxan Ağdam klubu Macarıstan çempionu "Ferensvaroş"u iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb.
Qaynarinfo xəbər verir ki, dünən baş tutan oyunda bir çox maraqlı şüarlar diqqəti çəkib. Onlardan biri iki gəncin açdığı pankart olub.
Həmin gənclər üzərinə "Zidanı görməyən uşaqlar üçün Tanrı Yankoviçi göndərdi" yazılmış pankart açaraq "Qarabağ"ın futbolçusu Marko Yankoviçə dəstəklərini nümayiş etdiriblər.
Aydın
Şərhlər