Zelenski Trampa müharibəni 24 saatda bitirməyin zəmanətli yolunu məsləhət gördü
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı müharibəni 24 saat ərzində bitirə biləcəyini iddia edirdi. Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Tramp bu vədini yerinə yetirə bilər, amma bunun üçün yalnız bir addım atmalıdır – Ukraynanı NATO-ya qəbul etmək.
Qaynarinfo xəbər verir ki, o, bunu Avropa Yayım Birliyinin jurnalistlərinə verdiyi müsahibədə deyib.
Bununla belə, Zelenski vurğulayıb ki, ABŞ hələlik belə bir addıma hazır deyil.
"Təhlükəsizliyin ən yaxşı zəmanəti NATO-dur. Bəli. Amma ABŞ hələ bu addımı atmağa hazır deyil. Bu, ən ucuz, ən sürətli və ən zəmanətli yoldur. Qətiyyən kövrək deyil. Əgər Amerika Ukraynanı NATO-ya qəbul etmək qərarı versə, bu, Trampın öz vədini yerinə yetirdiyi anlamına gələr. Məncə, bu, onun əlindədir", – deyə Zelenski bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər