Ukraynadakı müharibə 2026-cı ildə yekunlaşa bilər, çünki əks halda Rusiya lideri Vladimir Putin səfərbərlik elan etməli olacaq, o isə bunu istəmir.
Qaynarinfo xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə "Fox News” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, əvvəlki illərdə Rusiya Federasiyası müqavilə əsasında hər ay təxminən 43 min nəfəri orduya cəlb edirdi, lakin 2025-ci ildə vəziyyət ilk dəfə olaraq dəyişib. Hazırda Rusiya ordusunda yeni gələnlərin sayı itkilərin sayı ilə bərabərləşib, buna görə də qoşunların ümumi sayı artmağı dayandırıb.
"Bu il ilk dəfə olaraq Rusiya Federasiyasında səfərbər olunanların sayı ilə itkilərin sayı üst-üstə düşür. Ona görə də bu il, 2025-ci ildə, ilk dəfə olaraq onların ordusunun sayı artmır", — deyə Zelenski vurğulayıb.
Məhz buna görə də, o hesab edir ki, 2026-cı ildə müharibənin başa çatması üçün imkan yaranacaq.
"Əks halda Putin insanları səfərbər etmək qərarına gəlməli olacaq. Hazırda onun müqavilələri var, çünki xalqı səfərbərliyə hörmət etmir", — Zelenski deyib.
Alpər
Şərhlər