Xəbər lenti

Rusiyada erməniəsilli bloqerin həbs müddəti uzadıldı
Dünya 22:30 29.12.2025

Rusiyada erməniəsilli bloqerin həbs müddəti uzadıldı

Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiya hərbçilərinin xatirəsini təhqir etməkdə ittiham olunan erməniəsilli bloqer Arsen Markaryanın həbs müddətini uzadıb.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilib ki, məhkəmə istintaqın vəsatətini təmin edib və Markaryanın həbs müddətini 22 fevral tarixinədək uzadıb.

Xatırladaq ki, avqustun 25-də Moskvanın Taqanski Rayon Məhkəməsi Markaryanı hərbçilərin xatirəsini təhqir etməkdə şübhəli bilərək həbs edib. Bu maddəyə əsasən, onu beş ilə qədər həbs cəzası gözləyir.
--> -->