Xəbər lenti

Zakir Həsənov Gürcüstana getdi
Ölkə 19:41 09.09.2024

Zakir Həsənov Gürcüstana getdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib.


Bu barədə Qaynarinfo-ya  Müdafiə Nazirliyindən bildirilib.


Görüşlərdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılıb.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->