"Qarabağ Transport LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcu 106.338,51 AZN-ə çatıb.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, ev 140, mənzil 1-də yerləşir. "Qarabağ Transport LTD" MMC-nin qanuni təmsilçisi Bəylərli Anar Ramil oğludur.
Aydın
Şərhlər