"Yuventus"un yarımmüdafiəçisi Nikolo Faqioli mərc qalmaqalına görə 7 aylıq futboldan uzaqlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky Sport Italia” məlumat yayıb.
Nəşrin məlumatına görə, futbolçu günahını etiraf edib, prokurorluqla əməkdaşlıq edib və qumar asılılığından qurtulmağa hazır olduğunu bildirib. Bu, prokurorluğun 22 yaşlı futbolçuya 3 illik diskvalifikasiya əvəzinə 7 aylıq diskvalifikasiya tətbiq etməsinə səbəb olub. Tezliklə rəsmi açıqlama veriləcək. Qadağa müddəti İtaliya Futbol Federasiyasının (FIGC) açıqlamasından sonra başlayacaq.
Faqioli 2021-ci ildən Turin klubunun rənglərini qoruyur. 2021-ci ilin yayında Faqioli oyun təcrübəsi qazanmaq üçün "Kremonese" klubuna icarəyə verilib. 2022-ci ilin avqustunda futbolçu "Yuventus"la müqaviləsini 2026-cı ilə qədər uzadıb.
Bu mövsüm Faqioli İtaliya çempionatının 6 oyununda meydana çıxıb və bir məhsuldar ötürmə edib. A Seriyasının 8 turundan sonra 17 xalla "Yuventus" "Fiorentina" ilə üçüncü yeri bölüşür.
Aydın
Şərhlər