Xəbər lenti

Tələbə qızlar şantaj olunurlar (VİDEO)
Video 23:18 25.02.2026

Tələbə qızlar şantaj olunurlar (VİDEO)

Bir qrup tələbə qızın sosial şəbəkələrdə paylaşdıqları şəkillər süni intellektlə dəyişdirildikdən sonra qeyri-etik formada yenidən paylaşılıb. Silmək üçün isə pul tələb edilib.

Son günlər bununla bağlı şəbəkələrdə məlumatlar yayılıb.
Bildirilib ki, hadisə Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyan tələbə qızların başına gəlib.

Biz də universitetə yollanıb məsələni dəqiqləşdirməyə çalışdıq.
Jurnalistika fakültəsinin tələbəsi Zeynəb Həsənova dedi ki, nəinki hüquq fakültəsində oxuyanların, bu problem universitetin digər fakültələrində təhsil alanların və özünün də başına gəlib.
Paylaşımı kimin etdiyi bilinməsə də, bu məsələ xüsusən də xanım tələbələri çox narahat edib.

Bakı Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirilildi ki, məsələ barədə hüquqi müstəvidə addımlar atılır.  

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparıldığı qeyd olundu.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirim. 

 

 

--> -->