Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin yeni sədri Zəka Mirzəyev özünə müşavir təyin edib.
Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə 1994-cü il təvəllüdlü Amin Abdullayev Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə gətirilib.
Qeyd edək ki, 31 yaşlı Amin Abdullayev 2022-2025-ci illərdə isə Mərkəzi Bankda Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentində analitik, böyük analitik vəzifələrində işləyib.
O, daha əvvəl - 2021-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda Strateji planlaşdırma və aktuar hesablamalar departamentində baş mütəxəssis vəzifəsində çalışıb.
Əhməd
Şərhlər