Xəbər lenti

Yeni diabet növü: Tip 5 nədir və xüsusiyyətləri - Ən çox hansı ölkələrdə yayılıb?
Sağlamlıq 08:15 08.01.2026

Yeni diabet növü: Tip 5 nədir və xüsusiyyətləri - Ən çox hansı ölkələrdə yayılıb?

Dünyada təxminən 20-25 milyon insanı təsir etdiyi hesab olunan Tip 5 diabet qeyri-kafi qidalanma nəticəsində ortaya çıxır. 

Qaynarinfo xəbər verir ki, uzun illər boyunca Tip 1 diabetlə qarışdırılan bu xəstəlik barədə mütəxəssislər vacib məlumatlar təqdim edib.

* Tip 1 və Tip 5 diabet arasındakı əsas fərq nədir?
* Tip 5 diabetin diaqnoz və müalicə üsulları hansılardır?
* Tip 5-dən qorunmaq üçün nələrə diqqət etmək lazımdır?

Tip 5 diabet rəsmi olaraq tanındı

Beynəlxalq Diabet Federasiyası (IDF) uşaqlıq dövründə qeyri-kafi qidalanma nəticəsində ortaya çıxan və tez-tez Tip 1 diabetlə qarışdırılan Tip 5 diabeti rəsmi olaraq tanıyıb.

Xəstəlik, qidalanmanın zəif olduğu bölgələrdə ciddi bir ictimai səhiyyə problemi kimi qiymətləndirilir. Endokrinologiya və Metabolizma Xəstəlikləri üzrə mütəxəssis Dos. Dr. Tülay Omma bildirib ki, Tip 5 diabet adətən uşaqlıq və yeniyetməlik dövründə, xroniki qeyri-kafi qidalanma nəticəsində inkişaf edir.

Ən çox hansı bölgələrdə görülür?

Dos. Dr. Omma qeyd edib ki, xəstəlik ən çox Asiya, Afrika, Cənubi Asiya, Səhradan Cənuba Afrikada, həmçinin Mərkəzi və Cənubi Amerikada müşahidə olunur.

Tip 5 diabetin xüsusiyyətləri

Dos. Dr. Omma açıqlamasında bildirib:

* Bədən kütlə indeksi (BMI) 18,5-dən aşağıdır.
* Qaraciyər yağlanması azdır.
* C-peptid səviyyəsi aşağıdır.
* Normal insulin həssaslığı mövcuddur.
* Ketoasidoz (keton cisimlərinin yığılması) müşahidə olunmur.

Bu xəstələrdə insulin çatışmazlığı olsa da, insulin müqaviməti yoxdur. Onlara tez-tez yanlış olaraq Tip 1 diabet diaqnozu qoyulur. Yüksək qan şəkəri və insulin ehtiyacı olmasına baxmayaraq, ketoz baş vermir. Ən kritik risk isə artıq insulin verilməsinin sürətlə ölümcül ola bilməsidir.

Aydın
--> -->