Abşeron sakininin ölümünə xəstəxanada vurulan iynə səbəb olub? (VİDEO)
Abşeronda xəstəxanada iynədən şoka düşdüyü ehtimal edilən qadın evində ölüb.
İlkin məlumata görə, 38 yaşlı Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Bildirilib ki, tibb müəssisəsində ona iynə vurulub. Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər”ə bildirilib ki, mərhum 15 mart 2026-cı il tarixində saat 23:41 radələrində tibb müəssisəsinə müraciət edib. Həkim müayinəsindən sonra ona ringer laktat məhlulu ilə serum köçürülüb. Tibbi prosedur başa çatdıqdan sonra pasiyent özünü normal hiss etdiyini bildirib və daha sonra xəstəxananı tərk edərək evinə gedib. Tibb müəssisəsinin açıqlamasında vurğulanır ki, ringer tibbdə geniş istifadə olunan və insan həyatı üçün təhlükə yaratmayan standart məhlullardan biridir. "Bu səbəbdən həmin məhlulun vurulmasının ölümə səbəb olması ehtimalı mümkün hesab edilmir. Pasiyentin xəstəxanada vurulan iynədən dərhal sonra vəfat etməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir. Mümkündür ki, mərhumun əvvəldən mövcud olan ağır xəstəliyi olub və bu barədə tibbi heyətə məlumat verilməyib, - deyə açıqlamada qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər