Yanvarın 12-də cümə günü gecə ABŞ və Böyük Britaniya Yəməndəki husi bazalarına zərbələr endirib. Əməliyyat İranın dəstəklədiyi Yəmən üsyançı qruplaşmasının Qırmızı dənizdə ticarət gəmilərinə onlarla hücumuna cavab olub.
Qaynarinfo xəbər verir ki, zərbələr "Niderland, Kanada, Bəhreyn və Avstraliyanın dəstəyi ilə" həyata keçirilib. Bu ölkələrlə yanaşı, ABŞ və Böyük Britaniya, həmçinin Danimarka, Almaniya, Yeni Zelandiya və Cənubi Koreya da əməliyyatı dəstəkləyən birgə bəyanata qoşulub.
Bəyanat Qırmızı dənizdə gəmiçiliyi Yəmən husilərindən qorumaq üçün yaradılan ölkələrin koalisiyası adından verilib və orada zərbələri "qanuni özünümüdafiə” adlandırır.
Co Bayden Yəməndəki husilərin gəmilərə hücumları dayandırılmadığı təqdirdə onlara növbəti hücumlara icazə verməyə hazır olacağını bildirib. "Mən xalqımızı və beynəlxalq ticarətin sərbəst axınını qorumaq üçün əlavə tədbirlər görməkdən çəkinməyəcəyəm", - ABŞ prezidenti vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyi cümə günü bildirib ki, ABŞ və Böyük Britaniyanın Yəməndəki husi hərbi obyektlərinə gecə ərzində vurduğu zərbələr növbəti hücumların qarşısını almaq məqsədi daşıyır.
"Məqsədimiz gərginliyi azaltmaq və Qırmızı dənizdə sabitliyi bərpa etməkdir", - nazirliyin X sosial şəbəkində
bildirilib.
Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi Reuters-ə bildirib ki, ABŞ və Britaniyanın həyata keçirdiyi hava hücumları fonunda təmkinli olmağa və "eskalasiyadan qaçmağa" çağırıb.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, Yəməndə husilərə qarşı hücumlar Qırmızı dənizin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilib.
"Britaniya gəmilərinin təhlükəsizliyi və Qırmızı dənizdə naviqasiya azadlığı böyük əhəmiyyət kəsb edir və buna görə də biz tədbir görürük", - nazir yazıb və husilərin Qırmızı dənizdəki hücumlarını dayandırmalı olduqlarını əlavə edib.
CNN qeyd
edib ki, husi hədəflərinə hücumlar yerdən, havadan və sualtı qayıqlardan "Tomahawk” raketləri ilə həyata keçirilib. Hədəflər arasında radar sistemləri, sursat anbarları və pilotsuz uçuş aparatlaının buraxılış yerləri var. Kanalın Pentaqondakı həmsöhbətləri bildiriblər ki, zərbələr dəqiq silahlarla və yalnız hərbi hədəflərə endirilib.
Politico husilərə hücum qərarının tam olaraq necə verildiyini izah
edir. Müzakirə ilin ilk günündə Qırmızı dənizdə növbəti atəşdən sonra başlayıb. Daha sonra Birləşmiş Ştatlar və müttəfiqləri yeni hücumlar halında husiləri gözləyən nəticələri elan edərək xəbərdarlıqla məhdudlaşıblar. Bu, yetərsiz olub. Yanvarın 9-da yəmənli üsyançılar ən böyük hücumu həyata keçiriblər, bu da "son damla” olub.
ABŞ hərbçiləri hüsilərin bu hücumunu kompleks hücum adlandırıb. Reuters
xatırladır ki, vaxtilə ABŞ hərbçiləri "Taliban və "İslam Dövləti”nin hücumlarını da belə qiymətləndiriblər və bu uzun sürən münaqişəyə çevrilib.
Bəzi ABŞ siyasətçilərinin qorxduğu da məhz budur. "Əl-Cəzirə” onların qiymətləndirmələrini
verir. Demokratlar Co Baydeni tənqid edirlər: onlar bildirirlər ki, prezident Konstitusiyanı pozub, belə ki, hücum zamanı o, Konqresin razılığını almalı idi. Lakin respublikaçılar qərarı dəstəkləyiblər, bəzi partiya nümayəndələri bunu hətta gecikmiş addım adlandırıblar.
"The New York Times” qəzetinin yazdığına
görə, husilər hücumu açıq-aşkar sevinclə qarşılayıblar. Hətta gecəki zərbələrdən əvvəl üsyançılar amerikalılarla birbaşa qarşıdurmaya hazır olduqlarını bildiriblər. Eyni zamanda, qəzet qeyd edir ki, Yəmənə təxminən 10 il əvvəl baş vermiş sonuncu belə böyük hücum üsyançıları ticarət gəmilərinə hücumları dayandırmağa məcbur edib.
Nizami Bağırov
Şərhlər