Xəbər lenti

Aİ ABŞ-ın iştirakı olmadan Ukraynanı maliyyələşdirməyin yollarını müzakirə edir
Dünya 12:25 09.11.2024

Aİ ABŞ-ın iştirakı olmadan Ukraynanı maliyyələşdirməyin yollarını müzakirə edir

Avropa İttifaqı ölkələrinin hakimiyyəti ABŞ-ın dəstəyi olmadan Ukraynaya yardımın ayrılması mexanizmini müzakirə edir. 

Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal" mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, noyabrın 7-də Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi Macarıstan parlamentində təşkil olunmuş şam yeməyində belə bir təşəbbüs Avropa ölkələrinin nümayəndələri tərəfindən müzakirə olunub. WSJ məqaləsində qeyd olunur ki, Aİ liderləri ilk dəfə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya yardımı kəsəcəyi təqdirdə "boşluğu doldura biləcəkləri" barədə danışıblar. 

Nəşrin həmsöhbətlərinin fikrincə, Macarıstandakı şam yeməyinin iştirakçıları, Amerikanın yeni prezidentinin belə bir qərar verəcəyi təqdirdə Ukraynaya dəstəyi gücləndirmək lazım olduğu barədə ümumi fikrə gəliblər.

Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corcia Meloni belə bir təşəbbüsə ehtiyatla yanaşırlar. Macarıstan və Slovakiya nümayəndələri əlavə maliyyə və silah tədarükünə qarşı çıxdılar. Nəşrin Avropa İttifaqındakı mənbəsi iddia edir ki, Avropa Komissiyasının icra orqanı gələn aya, Aİ liderlərinin Brüsseldə görüşünə qədər ABŞ-ın iştirakı olmadan maliyyələşdirmə variantlarını təqdim etməlidir.

İndi ABŞ Ukraynaya ən böyük maliyyə yardımı tədarükçüsüdür. Avropa İttifaqının Xarici Əlaqələr Şurasının məlumatına görə, ABŞ hakimiyyəti 2022-ci ilin fevralından başlayaraq Ukraynaya 106 milyard dollar ayırıb. Bunun 70 milyard dolları hərbi yardımdır. 27 ölkədən ibarət Avropa İttifaqı Ukrayna hökumətinə 133 milyard dollar maliyyə, humanitar və hərbi yardım edib.

Noyabrın 7-də Budapeştdə Avropa Siyasi Birliyinin (Aİ ölkələrini və onların tərəfdaşlarını birləşdirir) iclası keçirilib. Görüşdə Aİ liderləri Amerika prezident seçkilərinin nəticələrini və yeni seçilmiş prezident Donald Trampla qarşılıqlı fəaliyyət strategiyasını müzakirə ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->