Yarım milyonu mənimsəməkdə ittiham olunan çobanın valideynləri açıqlama verdilər (VİDEO)
Yarım milyon manatdan çox dəyəri olan heyvanları sahibkardan xəbərsiz satdıqları bildirilən çobanların yaxınları bu hadisədə elə ferma sahiblərini ittiham edirlər.
Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.
Çobanlar - Kəmaləddin Hüseynov və Ceyhun Əskərovun ümumilikdə 1377 baş heyvanı sataraq pulunu mənimsədikləri bildirilib. Ancaq həbs olunan Kəmaləddin Hüseynovun bacısı və Ceyhun Əskərovun anası isə oğurluqda fermanın sahibinin əli olduğunu bildirir.
Oğurluqda ittiham edilən Ceyhun Əskərovun atası da baş verənlərin qurama olduğunu iddia edir.
Anasının iddiasına görə, ferma sahibi hətta başqa şəxslərə qarşı da belə əməllər törədib.
İddialarla bağlı qarşı tərəflə telefon əlaqəsi saxladıq. Fermanın sahiblərindən Firdovsi Baxışov deyilənlərin əsassız olduğunu dedi.
"Əgər deyilənlər kimi, günahkar olsaydıq, istintaqda təqsirli şəxs kimi biz həbs olunardıq",-deyə o bildirdi.
Firdovsi Baxışov onu da qeyd etdi ki, hətta ilk başda ferma sahibləri Ceyhun Əskərovla bağlı polisə şikayət etməyiblər, ancaq istintaq araşdırması nəticəsində onun da oğurluqda əli olduğu müəyyən edilib.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər