Xəbər lenti

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı
Ölkə 08:53 19.08.2025

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Qaynarinfo-ya bildirilib ki, araşdırmalarla yanğının, Xocalı rayonuna qonaq gəlmiş, 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. 

P. Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->