Xəbər lenti

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edildi
Ölkə 15:05 21.02.2026

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edildi

Fevralın 21-22-də BakıdaFevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustan, Siyəzən, Qusar, Neftçala, Biləsuvar, Salyan, Füzuli, Beyləqan, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.



--> -->