Goranboy rayonunun Tərlan Cəbrayılov adına Qazanbulaq qəsəbə tam orta məktəbinin 3 müəllimi dələduzluqla üzləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, həmin müəllimlər serftifikasiya imtahanından aşağı bal toplayıb. Bundan sonra müəllimlər növbəti imtahandan daha asan şəkildə keçmək üçün yollar arayıb.
Müəllimlərin həmkarlarından biri həyat yoldaşının bu işdə onlara yardımçı ola biləcəyini deyib. Tərəflərin razılaşmasından sonra müəllimlər hərəsi 9000 min manat verməklə sertifikasiya imtahanında lazım olan nəticəni əldə etmək istəyiblər. Lakin sonradan aldadıqlarını başa düşüb şükayətçi olublar.
Onlara bu işdə yardım təklif edən müəllimin Zaur adlı həyat yoldaşı cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham ealn edilib.
Cinayət işinə Goranboy Rayon Məhkəməsində hakimi Hafiz Əliyevin sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. O, bu məsələdə Gəncə şəhərində yaşayan Z.İbrahimov adlı şəxsi ittiham edib. Bildirib ki, pulları ona verib. Həmin şəxs oğlu F.İbrahimovun Elm və Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində çalışdığını və bu məsələləri həll edəcəyini deyib.
Zaur bildirib ki, həmin şəxslə Goranboy rayonu Düzqışlaq kənd icra nümayəndəsinin Rəşad adlı müavini vasitəsi ilə tanış olub.
Məhkəmənin hökmü ilə müttəhimə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləği 27 000 manatdır.
Seyid
Şərhlər