Xəbər lenti

Xəzər dənizində zəlzələ oldu
Ölkə 14:29 22.04.2026

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 16 zəlzələ qeydə alınıb.
--> -->