Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Xankəndi şəhərində inzibati binası tikiləcək.
Bu barədə İqtisadiyyat.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, binanın tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. Layihə-smeta sənədlərinin hazırlanması "Qala Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub və onunla 330.990 manat dəyərində müqavilə bağlanılıb.
Şərhlər