Xəbər lenti

Artan təhdid: Bu yay Avropada istidən neçə nəfər ölüb? (SİYAHI)
Dünya 19:53 18.09.2025

Artan təhdid: Bu yay Avropada istidən neçə nəfər ölüb? (SİYAHI)

Bu yay Qərbi Avropada rekord istilər minlərlə insanın həyatına son qoyub. 

Qaynarinfo xəbər verir ki, "Tagesschau"nun britaniyalı tədqiqatçıların araşdırmasına istinadən yaydığı məlumata görə, yalnız şəhərlərdə təxminən 16 min 500 nəfərin ölümü birbaşa istinin təsiri ilə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, real rəqəmlər daha yüksək ola bilər. Çünki ölüm şəhadətnamələrində istilər nadir hallarda birbaşa səbəb kimi göstərilir. Bu səbəbdən alimlər statistikanı xüsusi modellər üzərindən analiz edərək, artıq ölüm hallarını hesablamaq məcburiyyətində qalırlar.

Araşdırma 854 şəhəri əhatə edib ki, bu da Avropa əhalisinin cəmi 30 faizinə uyğundur. Nəticələrə görə, bu yay ən çox zərər görən şəhərlər Cənubi Avropada yerləşir. Belə ki, Romada 835, Afinada 630, Parisdə 409, Madriddə 387, Buxarestdə 360, Londonda 315, Berlində isə 140 istiyə bağlı ölüm qeydə alınıb.

Alimlər xəbərdarlıq edirlər ki, istilər qocalan Avropa əhalisi üçün getdikcə daha ciddi təhlükəyə çevrilir. 65 yaşdan yuxarı insanlar istilə bağlı ölüm hallarının 85 faizini təşkil edir.

Mütəxəssislər bildirirlər ki, istilərin artması və digər təbii dəyişikliklər Avropada ictimai sağlamlıq böhranını dərinləşdirə bilər. Daha əvvəl Alyaskada sürətlə əriyən Alsək buzlağının geri çəkilməsi nəticəsində yeni adanın yarandığı təsdiqlənmişdi.

Bundan əlavə, qlobal istiləşmə səbəbindən okeanlarda balıq ehtiyatlarının əsrin sonuna qədər ciddi şəkildə azalacağı, bəzi növlərin isə bahalı delikatesə çevrilə biləcəyi proqnozlaşdırılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->