Xaçmazda uçqun baş verib - evlər üçün təhlükə yaranıb (VİDEO)
Xaçmaz rayonunda uçqun baş verib.
Hadisə rayonun Köhnə Xaçmaz kəndində, Qudyalçayın kənarında yerləşən Fətəli xan Xoyski küçəsində qeydə alınıb.
Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, vəziyyət gündən-günə ağırlaşır. Təhlükənin qarşısı alınmasa evlər uça bilər.
Hadisə baş verən əraziyə Xaçmaz Rayon İcra Hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin əməkdaşları baxış keçiriblər. Hazırda çayda məcra tənzimləmə işləri aparılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər