Amerikanın "The Washington Post” qəzeti Donald Trampın prezidentliyi dövründə ölkəni tərk etmək istəyən ABŞ vətəndaşları üçün təlimat dərc edib.
Qaynarinfo xəbər verir ki, nəşr müəəliflərinin fikrincə, ABŞ vətəndaşları üçün belə bir addım atmaq üçün ən populyar istiqamətlər Kanada, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və İrlandiya ola bilər.
https://www.washingtonpost.com/travel/2024/11/11/countries-americans-move-to/
Bütün bu ölkələrdə rəsmi dil ingilis dilidir. Eyni zamanda məqalədə vurğulanır ki, tamhüquqlu mühacir olmaq kifayət qədər çətin və bahalı ola bilər.
Qeyd olunur ki, mühacirlərə yardım göstərən "Expatsi" şirkətinin internet saytında trafik ABŞ seçkilərinin nəticələri məlum olduqdan sonra bir neçə saat ərzində aylıq həddə və bir neçə gün ərzində satış həcmi bir neçə aylıq kvotaya çatıb.
Noyabrın 10-da bildirilib ki, "Villa Vie Residences" Donald Trampın prezidentliyi dövründə ABŞ-dan kənarda olmaq istəyənlər üçün dörd illik dünya turuna başlayır. "Villa Vie Odyssey" kruiz gəmisində bir kabin ən azı 266 min dollara başa gəlir. Gözlənilir ki, Trampdan narazı olanlar kruiz zamanı 140 ölkəni ziyarət edə biləcəklər.
Aydın
Şərhlər