Xəbər lenti

Azərbaycanlılar Türkiyədən nə qədər ev alıb? - Rəqəmlər
Ekonomiks 16:55 13.11.2024

Azərbaycanlılar Türkiyədən nə qədər ev alıb? - Rəqəmlər

Bu ilin ilk 10 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 682 mənzil satın alıblar.

Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 78 mənzil alıblar.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha çox mənzil alıblar. Belə ki, 2023-ci ilin ilk 10 ayında 715 mənzil satın alıblar. Ötən ilin oktyabr ayında isə bu ilin oktyabr ayı ilə müqayisədə daha az – 73 mənzil alınıb.

Qeyd edək ki, son ildə 10 ildə Azərbaycan vətəndaşları Türkiyədən ümumilkdə 10 min 448 mənzil alıblar:

2015-ci il – 815 mənzil;
2016-cı il – 610 mənzil;
2017-ci il –  942 mənzil;
2018-ci il – 1 250 mənzil;
2019-cu il – 1 191 mənzil;
2020-ci il – 1 279 mənzil;
2021-ci il – 1 517 mənzil;
2022-ci il –1 330 mənzil;
2023-cü il – 832 mənzil;
2024-cü ilin yanvar-oktyabr ayları – 682.

Onu da bildirək ki, bu ilin ilk 10 ayı ərzində Türkiyədən ən çox Rusiya (4 min 8 mənzil), İran (1 727 mənzil), Ukrayna (1 290 mənzil), Almaniya (1 042 mənzil), İraq (1 011 mənzil) və Qazaxıstan (878 mənzil) vətəndaşları ev alıb.

Ötən illə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin azalıb. Müqayisə üçün bildirək ki, ötən ilin ilk 10 ayı ərzində Rusiya vətəndaşları Türkiyədən 9 min 396 mənzil alıb. Ötən ilin oktyabr ayında ruslar Türkiyədən 713 mənzil aldıqları halda bu ilin oktyabr ayında 373 mənzil alıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->