Xəbər lenti

Türkiyədə sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş etdi
Ölkə 23:35 29.07.2025

Türkiyədə sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş etdi

Bakı vaxtı ilə saat 18:25-də İstanbuldan havaya qalxan Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsinin hidravlik sistemində nasazlıq yaranıb.

Oxu.Az-ın "HaberTürk"ə istinadən verdiyi xəbərə görə, təyyarə texniki nasazlıq səbəbindən Antalya hava limanına məcburi eniş edib.

Təyyarə eniş etdikdən sonra ümumilikdə 47 sərnişin və 11 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə olunub.

Hadisə zamanı ölən və yaralanan olmadığı bildirilib.
 
 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->