İraqın şimalında "Pençe-Kilit” əməliyyatı bölgəsində daha bir türk əsgəri şəhid olub, biri isə yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə ordusunun baş çavuşu Bahadır Rıdvan Talay separatçı terror təşkilatı üzvlərinin əvvəlcədən yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.
"Daha bir hərbçimiz yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb. Həyatını itirən əziz şəhidimizə rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı, səbir, yaralımıza şəfa diləyirik”, - məlumatda vurğulanıb.
Şərhlər