Xəbər lenti

Türkiyə bu sahəyə 30 milyard dollar investisiya qoyacaq
Dünya 18:48 17.10.2025

Türkiyə bu sahəyə 30 milyard dollar investisiya qoyacaq

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "HIT-30 Yüksək Texnologiya İnvestisiya Proqramı” çərçivəsində dörd yeni çağırışın elan edildiyini açıqlayıb. 

Qaynarinfo-nun məlumatına görə, nazir bildirib ki, bu təşəbbüs 2030-cu ilə qədər 30 milyard dollardan artıq yüksək texnologiyalı sərmayənin həyata keçirilməsini hədəfləyir.

Kacır sosial şəbəkədəki paylaşımında yeni çağırışların məqsəd və əhatə dairəsini təqdim edib. Onun sözlərinə görə, proqram Türkiyənin "Milli Texnologiya Hərəkatı” çərçivəsində rəqəmsal transformasiyanı sürətləndirməyi və ölkəni yüksək texnologiya istehsalı mərkəzinə çevirməyi qarşısına məqsəd qoyur.

Nazir bildirib ki, bu çağırış yüksək tutumlu, təhlükəsiz və enerji baxımından səmərəli investisiyalarla Türkiyəyə yeni məlumat mərkəzləri qazandıracaq: "Məqsədimiz məlumat mərkəzi gücümüzü hazırkı 250 meqavatt səviyyəsindən 2030-cu ilə qədər 1 giqavatta yüksəltməkdir".

Bu istiqamət sənaye, səhiyyə, maliyyə və dövlət xidmətləri də daxil olmaqla bir çox sahədə süni intellekt əsaslı rəqəmsal transformasiyanı sürətləndirməyi nəzərdə tutur.

Nazir qeyd edib ki, kvant texnologiyaları çağırışı ilə klassik hesablama imkanlarının fövqündə olan yeni nəsil texnologiyalar Türkiyəyə gətiriləcək və bu, ölkənin elmi müstəqilliyinə güc qatacaq.

Bu çağırışın məqsədi Türkiyəni robot texnologiyalarını təkcə istifadə edən deyil, həm də inkişaf etdirən və ixrac edən ölkəyə çevirməkdir. Kacır deyib: "2030-cu ilə qədər 200 min sənaye robotunun istifadəsini hədəfləyirik. Bununla paralel, bu ehtiyacın yerli istehsalla qarşılanması üçün dəstək proqramları təqdim edirik".

"Digital transformasiya prosesimizi sürətləndirir, istehsalçılarımızı qlobal rəqabətə hazırlayırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyəni yüksək texnologiya istehsal bazasına çevirməkdə qərarlıyıq".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->