Yelo Bank qadın əməkdaşlarının sağlamlığını və maariflənməsini daim diqqət mərkəzində saxlayır. Oktyabr - Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayı çərçivəsində Bankda xüsusi maarifləndirmə tədbiri təşkil olundu.
Tədbirdə Referans Hayat Hospitalın peşəkar onkoloq - mamaloqu qadın sağlamlığı, erkən diaqnostikanın əhəmiyyəti və profilaktik müayinələrin vacibliyi barədə ətraflı məlumat verdi. Seminar zamanı əməkdaşlar suallarını ünvanlamaq, faydalı məsləhətlər almaq və mövzu ilə bağlı praktiki biliklərini artırmaq imkanı qazandılar.
Hər bir qadının sağlamlığına qayğı göstərmək həm iş mühitində, həm də cəmiyyətdə daha güclü və dayanıqlı gələcək deməkdir. Yelo Bank bundan sonra da əməkdaşlarının sağlamlığına və rifahına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.
"Yelo Bank” – Parlaq bankçılıq!
Şərhlər