Xəbər lenti

İdman 21:59 20.12.2024

"Turan Tovuz" klubunun insult keçirən rəsmisindən xəbər var

"Turan Tovuz" klubunun insult keçirən baş meneceri İman Həsənov müalicəsini ev şəraitində davam etdirir.


Bu barədə Report-a klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.


O, atasının vəziyyətinin yaxşıya doğru getdiyini bildirib:


"Artıq 3 gündür ki, atam evə buraxılıb. Müalicəsini ev şəraitində alır və həkim nəzarətindədir. Bildiyiniz kimi, sağ əli və nitqində problemlər var. Bununla belə, həkimlər təxminən 1 ay ərzində onun səhhətində böyük irəliləyişin olacağını bildiriblər. Hazırda şüuru yerindədir və hamını tanıya bilir. Müəyyən sözlər var ki, onları söyləməyə çalışır".


İ.Həsənovun oğlu atasının müalicəsində "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevin öz dəstəyini göstərdiyini söyləyib:


"Ehtiram müəllimə öz dərin təşəkkürümü bildirirəm. O, tez-tez atamın vəziyyəti ilə maraqlanır və lazımı dəstəyi göstərir".


Qeyd edək ki, İman Həsənov ötən ay insult keçirib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->