Xəbər lenti

Bakıda 2011-ci ildə qəzalı elan edilən bina niyə sökülmür? VİDEO
Video 22:36 20.12.2024

Bakıda 2011-ci ildə qəzalı elan edilən bina niyə sökülmür? VİDEO

Paytaxtın Mayakovski küçəsi,15 ünvanında yerləşən qəzalı binanın sakinlərinin narahatlığına Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən aydınlıq gətirilib.


Məlum olub ki, binanın sakinlərinin köçürülməsi prosesinə illər əvvəl başlanılıb. Lakin işlər yarımçıq qalıb.


Məhəllədə vaxtı ilə tikilmiş iki hündürmərtəbəli bina isə ərazinin payına düşən sıxlıq əmsallarını aşıb.


Qurumdan "Xəzər Xəbər"ə verilən məlumatda o da bildirilib ki, hazırda qəzalı binanın mənzillərinin sahələrinin dəqiqləşdirilməsi və qiymətləndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən davam etdirilir.


Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->