Xəbər lenti

Tramp Yaxın Şərq ölkələrinə 8,6 milyard dollarlıq silah satışını təsdiqlədi
Dünya 10:26 02.05.2026

Tramp Yaxın Şərq ölkələrinə 8,6 milyard dollarlıq silah satışını təsdiqlədi

ABŞ prezidenti Donald Trampın administrasiyası Konqresin baxış prosedurunu keçmədən Yaxın Şərq regionundakı müttəfiqlərə - İsrail, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə 8,6 milyard dollardan çox dəyərində iri həcmli hərbi texnika satışını təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yazır.

ABŞ Dövlət Departamentinin açıqlaması ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından doqquz həftə sonra, eləcə də qeyri-sabit atəşkəsdən bir neçə həftə sonra verilib.

Qurumda bildirilib ki, dövlət katibi Marko Rubio vəziyyəti fövqəladə hesab edib və bu da razılaşmaların Konqreslə məcburi razılaşdırılmasını ləğv etməyə imkan verib.

Ən böyük müqavilələr aşağıdakılardır:

Qətər üçün – "Patriot” hava hücumundan müdafiə sistemlərinin xidmətləri (4,01 milyard dollar) və yüksək dəqiqlikli "APKWS” sistemləri (992,4 milyon dollar);
Küveyt üçün – inteqrə olunmuş döyüş idarəetmə sistemi (2,5 milyard dollar);
İsrail üçün – yüksək dəqiqlikli zərbə sistemləri (992,4 milyon dollar);
BƏƏ üçün – "APKWS” sistemləri (147,6 milyon dollar).

Əsas podratçılar aparıcı müdafiə şirkətləridir:

"BAE Systems” – "APKWS” tədarükü;
"RTX” və "Lockheed Martin” – "Patriot” və idarəetmə sistemləri;
"Northrop Grumman” – Küveyt müqaviləsində iştirak.

Tənqid və risklər

Vaşinqton illərdir insan hüquqları ilə bağlı vəziyyətə görə Fars körfəzi ölkələri ilə hərbi əməkdaşlığa görə tənqid olunur. Hüquq müdafiəçiləri azadlıqların məhdudlaşdırılması, jurnalistlərə təzyiq və azlıqlara qarşı ayrı-seçkilik barədə danışırlar. Bu ölkələrin hökumətləri isə bu ittihamları rədd edir.

ABŞ-ın İsrailə dəstəyi də Qəzza müharibəsi və humanitar böhran fonunda beynəlxalq ekspertlərin diqqət mərkəzində qalır.

Ehtiyatlarla bağlı problemlər

Eyni zamanda "Financial Times”ın məlumatına görə, ABŞ Avropadakı müttəfiqlərinə – xüsusilə Böyük Britaniya, Polşa, Litva və Estoniyaya – silah tədarükündə mümkün gecikmələr barədə xəbərdarlıq edib.

Səbəb kimi İranla münaqişədə resursların aktiv istifadəsi nəticəsində ehtiyatların azalması göstərilir. Vaşinqton vurğulayır ki, bu siyasi qərar deyil, hərbi ehtiyatların real vəziyyətinin nəticəsidir.

Ukrayna diqqətdən kənarda

UNİAN-ın məlumatına görə, Donald Tramp Ukraynada davam edən müharibəyə diqqətini xeyli dərəcədə azaldıb və Avropa onun yenidən bu mövzuya qayıdacağını gözləməyi dayandırıb. "Politico” qeyd edir ki, İran müharibəsinin başlanmasından təxminən iki ay sonra Trampın Yaxın Şərqə fokuslanması Ukraynanı həm Qərb daxilində ikinci dərəcəli məsələyə çevirib.

Dünən məlum olub ki, Tramp 2027-ci il üçün ABŞ büdcəsindən Ukraynaya hərbi yardımı çıxarıb. Senat dinləmələri zamanı senatorlar Pentaqon nümayəndələrindən 2027-ci il büdcə sorğusunda "USAI” proqramı (Ukraynaya yardım) üçün vəsait nəzərdə tutulub-tutulmadığını soruşublar və müsbət cavab almayıblar.

Aydın
--> -->