Xəbər lenti

Tramp Ukrayna müharibəsi ilə bağlı Si Szinpinlə nə barədə razılığa gəldiyini açıqladı
Dünya 11:54 30.10.2025

Tramp Ukrayna müharibəsi ilə bağlı Si Szinpinlə nə barədə razılığa gəldiyini açıqladı

ABŞ prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Çin lideri Si Szinpinlə görüş keçirib.

Qaynarinfo "Reuters”ə istinadla yazır ki, görüş bir saat qırx dəqiqə davam edib. Görüşdən sonra Tramp bəyan edib:

"Bu, möhtəşəm görüş idi və çox vacib qərarlar qəbul olundu”.

O, həmçinin bildirib ki, Si ilə Ukraynadakı müharibəni müzakirə edib:

"Biz Si ilə Ukrayna haqqında uzun müddət danışdıq. Birlikdə nəsə etmək üçün çalışacağıq. Razılaşdıq ki, hər iki tərəf döyüşlərdə ilişib qalıb və bəzən onlara döyüşməyə imkan vermək lazımdır — bu dəlilikdir”.

Tramp əlavə edib ki:

"Si bizə Ukrayna məsələsində kömək edəcək, amma artıq bundan artığını edə bilmərik”.

ABŞ lideri Çin rəhbəri ilə görüşünü "10 ballıq şkala üzrə 12 balla” qiymətləndirib və qarşılıqlı səfərləri elan edib:

"Apreldə mən Çinə gedəcəyəm, Si Szinpin isə bir qədər sonra bura gələcək”.

Bundan əvvəl Tramp bir daha bəyan etmişdi ki, Ukrayna ilə Rusiya arasındakı müharibə həll olunacaq, lakin etiraf edib ki, bu prosesin nə qədər çətin olacağını əvvəlcədən düzgün qiymətləndirməyib.

Ağ Evin rəhbəri bildirib ki, bu müharibə onun indiyədək dayandıra bilmədiyi yeganə münaqişədir, halbuki o, bunu Putinlə yaxşı münasibətlərinə görə ən asan məsələ hesab edirmiş.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə qeyd edib ki, Ukraynada müharibənin nə vaxt bitəcəyi barədə proqnoz vermək çətindir, lakin indi həm Rusiya, həm də Ukrayna üçün döyüşləri dayandırmaq məqamı yetişib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->