Xəbər lenti

96 nəfərin öldüyü binanın podratçısına cəza verildi: 62 dəfə ömürlük və 865 il həbs...
Dünya 18:18 30.10.2025

96 nəfərin öldüyü binanın podratçısına cəza verildi: 62 dəfə ömürlük və 865 il həbs...

Türkiyənin Adana şəhərində 6 fevral 2023-cü il zəlzələsində çökməsi nəticəsində 96 nəfərin həyatını itirdiyi "Alpargün" yaşayış kompleksinin podratçısı Həsən Alpargünə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, Adana 12-ci Ağır Cəza Məhkəməsi təqsirləndirilən şəxsi 17-si ağırlaşdırılmış olmaqla 62 ömürlük, ümumilikdə 865 il həbs cəzasına məhkum eidb.

Adananın Çukurova rayonunda yerləşən "Alpargün” yaşayış kompleksi 2023-cü ilin fevralında baş verən zəlzələdə tamamilə uçaraq 96 nəfərin ölümünə səbəb olmuşdu. Binanın podratçısı Həsən Alpargün hadisə günü Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) qaçmışdı. Daha sonra o, Lefkoşada polisə təslim olub və iki ölkə arasında aparılan danışıqlar nəticəsində Türkiyəyə ekstradisiya edilərək Adanaya gətirilib.

İstintaq zamanı müəyyən edilib ki, Həsən Alpargün 900 min dollar, 890 min avro və 500 min Türkiyə lirəsini Türkiyədən Şimali Kiprə köçürməyə çalışıb, həmçinin orada mənzil almaq niyyətində olub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->