Xəbər lenti

Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapıldı
Dünya 12:38 30.10.2025

Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapıldı

Rusiyanın Sverdlovsk vilayətində itkin düşmüş azərbaycanlı iş adamı İlqar Xanadanov ölü tapılıb.

Qaynarinfo APA-ya istinadla xəbər verir ki,49 yaşlı iş adamı 24 oktyabrda Zareçnı şəhərində yoxa çıxıb. Beş günlük axtarışdan sonra ailəsinə onun meyitinin tapıldığı bildirilib.

"Artıq bunun qətl olduğu təsdiqlənib və iş üzrə araşdırma aparılır. Vida mərasimi Zareçnıda keçiriləcək, daha sonra meyit Azərbaycana aparılacaq. Ərimi doğmalarının yanında dəfn edəcəyik", - deyə iş adamının həyat yoldaşı Tatyana bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->